Neftin qiyməti 50 dolları keçdi
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.
APA TV-nin məlumatına görə, birjalarda həftənin ilk seanslarında "Brent" markalı neftin bir bareli 50,20 dollardan satılıb.
Qərbi Texas neftinin də qiyməti bahalaşıb. Bugünkü hərraclarda WTİ nefti 49,61 dollardan satılıb.
Ekspertlərin fikrinə görə, neftin qiyməti bir müddət 50 dollar civarında dəyişəcək.