Türk təyyarələri PKK-nın obyektlərini bombaladı

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının daha bir neçə hədəfini məhv edib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyə Silahlı Qüvvələri iyunun 20-də saat 22.00-dan 22.58-dək Kandil, Sinat və Hafta bölgələrinə Türk Hava Qüvvələrinə aid hərbi təyyarələri ilə hava hücumu həyata keçirib.

 

Hava hücumları bölgədə təsbit edilən beş hədəfi vurmaq məqsədi daşıyıb. Hücumu gerçəkləşdirən hərbi təyyarələr tapşırıqları yerinə yetirdikdən sonra geri dönüblər.

 

Bundan başqa, iyunun 20-də saat 21:00 radələrində kəşfiyyat məlumatından sonra Licə ərazisinə də da hava hücumu gerçəkləşdirilib. Bölgədə təsbit edilən 11 hədəf atəşə tutulub.

 

Əməliyyat uğurla başa çatıb.

Müəllif | Apa.Tv
Apa.tv