Gümrüdə daha bir evdə erməni ailəsinə məxsus meyitlər tapıldı

Ermənistanın Gümrü şəhərindəki mənzillərdən birində ana və oğlunun meyiti tapılıb. APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, hadisə şəhərin Fəvvarələr məhəlləsi deyilən ərazidə qeydə alınıb.

Onların şəxsiyyətləri də müəyyənləşib. Sirik Akopyan adlı qadının 80, oğlu Sarkis Akopyanın isə 60 yaşı olub. Onlar ağır vəziyyətdə yaşayıblar.

Cinayət işi açılıb, ana ilə oğlunun ölüm səbəbi araşdırılır.

Xatırladaq ki, adı çəkilən şəhərdə Rusiyanın hərbi bazası mövcuddur və 1 il öncə Permyakov soyadlı rus hərbçi Gümrüdə bir erməni ailəsinin 7 üzvünü qətlə yetirmişdi.

Permyakovun məhkəməsi yekunlaşmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv