Rusiya Qazaxıstanda raket sınağı keçirdi

Rusiya Qazaxıstandakı Sarı-Şaqan poliqonunda yaxınmənzilli raketin sınağını həyata keçirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, ölkənin Müdafiə Nazirliyindən verilən açıqlamada sınağın uğurla başa çatdığı, hədəfin təyin olunan vaxtda məhv edildiyi bildirilib.

Rusiyanın bu kimi sınaqlarının istənilən nüvə-raket zərbələrinə qarşı nəzərdə tutulduğu qeyd edilir.

Müəllif | Apa.Tv
Apa.tv