İŞİD-in türkcə biət mətni tapıldı
İŞİD terror təşkilatının türk dilində biət mətni tapılıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, sənəd mayın 26-da Diyarbəkirdə terror təşkilatının kuryeri Mahmud Dəmirtaşın avtomobilində aşkarlanıb.
Həmin gün Diyarbəkirdə İŞİD terror təşkilatının gizli qərargahına hücum zamanı 7 terrorçu öldürülüb. Araşdırma zamanı məlum olub ki, Mahmud Dəmirtaş İŞİD-in Diyarbəkirdəki əmiri Nihat Turanla birlikdə işləyir. Saxlanılan şəxs "susma haqqı"ndan istifadə edərək türk polisinə heç bir açıqlama verməsə də, ona məxsus avtomobildən terror təşkilatının gizli yazışmaları üzə çıxıb.
Bundan başqa, avtomobilə baxış zamanı Dəmirtaş tərəfindən gizlədilən sənədlər içərisində İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadiyə türkcə biət məktubu da tapılıb.
"Mücahidlər camaatı ilə sizə sədaqət andı içməyi qərara aldıq. Biz sizi həmvətənləriniz olaraq İslam dövlətinə biət etməyə çağırırıq. Necə də olsa, Uca Allahın iradəsi ilə İslam dövləti yarandı və bir gün hər kəs Allahın bayrağı altında birləşəcək. Nə qədər gec deyil, düz yola gəlin” - deyə əl-Bağdadiyə sənəddə bildirir.