Rusiyada azərbaycanlı bazarın ortasında güllələndi - KİLLER DƏ AZƏRBAYCANLIDIR

Sankt-Peterburqda meyvə-tərəvəz bazasında qətl törədilib. APA TV-nin Rusiya saytlarına istinadən xəbərinə görə, öldürülən şəxs Azərbaycan vətəndaşıdır. Onun borca görə qətlə yetirildiyi güman olunur.

 

Polis hadisənin kütləvi dava olmadığını, iki nəfər arasında münaqişə üzündən baş verdiyini açıqlayıb.

 

Qətli törədən 27 yaşlı Emil Hüseynovdur. O, Narkotik Dövriyyəsinə Nəzarət üzrə Rusiya Federal Komitəsinin keçmiş əməkdaşıdır.


Emil Hüseynov soyuqqanlı şəkildə qurbanı, İsmayılov soyadlı 43 yaşlı həmvətəninə yaxınlaşaraq əlindəki tapançadan ona bir neçə dəfə atəş açıb.

 

Bundan sonra o, qaçmağa başlayıb. Digər satıcılar onun arxasınca qaçaraq tutublar. Bu zaman Hüseynov möhkəm döyülüb və hazırda xəstəxanadadır. Onun yatdığı palata hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən ciddi qorunur.

 

Rusiya İstintaq Komitəsindəki mənbədən bildirilib ki, hadisə sifarişlidir. Emil Hüseynov istintaqa ilkin ifadəsində bunu etiraf edib. O bildirib ki, qətlə görə ona 10 milyon rubl (təxminən 155 min dollar) pul veriləcəkdi.

Müəllif | Apa.Tv
Apa.tv