İŞİD-dən dəhşətli edam: çarmıxa çəkdilər, bıçaqladılar, sonra...
İŞİD terror təşkilatı növbəti dəhşətli edamı həyata keçirib. APA TV-nin xəbərinə görə, edam İŞİD-in Suriyadakı paytaxtı Raqqada icra olunub.
Casusluqda günahlandırılan Muhammed el-Kadri adlı gənc əvvəlcə çarmıxa çəkilib, sonra ürəyindən bıçaqlanıb, daha sonra silahla vurulub.
Edam şəhərin mərkəzində, əhalinin sıx olduğu meydanda həyata keçirilib.