Bu gün 50 il əvvəl müşahidə olunan fəza hadisəsi baş verəcək

Bu gün insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar.

 

Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bədirlənmiş Ay və iyun gün dönümü baş verəcək. Növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir.

 

Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədirlənmiş Ay müşahidə olunacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv