Ukrayna Avropa çempionatı ilə vidalaşdı
Avropa Çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində Ukrayna ilə Polşa yığmaları qarşılaşıblar.
APA TV-nin məlumatına görə, C və D qrupunun taleyinin həll olunacağı qarşılaşma olduqca gərgin keçib.
Oyunun birinci hissəsi heç-heçə bərabərliklə bitib. İkinci hissədə də aktiv oyun nümayiş etdirən komandalardan yalnız Polşa yığması fərqlənə bilib. Oyunun 54-cü dəqiqəsində Polşanın futbolçusu Bloçikovski hesabı açıb.
Oyunda başqa qol olmayıb və matç Polşanın 1:0 üstünlüyü ilə bitib. Bununla da Ukrayna Avropa çempionatı ilə vidalaşıb.