Türkiyə Çexiyanı məğlub etdi - QOLLAR

Avropa Çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində  Türkiyə ilə Çexiya yığmaları qarşılaşıb.

 

APA TV-nin məlumatına görə, "ay ulduzlular" üçün olduqca önəmli olan bu matçda onlar çexləri məğlub edərək, növbəti mərhələyə şanlarını saxlamalı idilər. 

 

Olduqca gərgin keçən oyunda hesabı Türkiyə millisi açıb. Qolun müəllifi Burak Yılmaz olub. O, 10-cu dəqiqədə atdığı qolla komandasını hesabda irəli keçirib. İlk hissə Türkiyə millisinin xeyrinə bitib.

 

İkinci hissədə hər iki komandanın futbolçuları rəqib qapılarına hücuma keçərək, oyunun gərgin keçməsinə səbəb olublar. İkinci qol da Türkiyə yığmasından gəlib. Oyunun 65-ci dəqiqəsində Ozan Tufan ikinci qolu vuraraq aradakı fərqi ikiyə çatdırıb.

 

Matçda başqa qol olmayıb və  Türkiyə millisi 2:0 hesablı qələbə ilə oyunu tamamlayıb.

 

Qeyd edək ki, Türkiyə və Çexiya qarşılaşması Bakıda da olduqca maraqla izlənib. Kafe və restoranları dolduran qardaş ölkənin tərəfdarları komandalarına öz dəstəklərini ifadə ediblər. "Ay-ulduzlular"ın növbəti mərhələyə keçib-keçməyəcəyi isə digər qruplardakı oyunların nəticələrindən asılı olacaq.

 

Müəllif | Apa.Tv