Almaniya millisi 1/8 final mərhələsinə adladı
Avropa Çempionatında C qrupunun son oyunları keçirilib. APA TV-nin məlumatına görə, qrupun lideri Almaniya Şimali İrlandiyanı sınağa çəkib.
Almanlar Şimali İrlandiyanı 30-cu dəqiqədə Qomesin yeganə qolu ilə məğlub ediblər.
Bu nəticələrdən sonra Almaniya qrupu 1-ci pillədə bitirib. Şimali İrlandiya isə 3-cü pilləni tutaraq şansını qoruyub.