Liviyada silah anbarında partlayış: 29 ölü
Liviyanın qərbindəki Qarabulli şəhərində yerləşən silah anbarında partlayış baş verib. Partlayış nəticəsində 29 nəfər ölüb, onlarla şəxs yaralanıb.
APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir qrup silahlı şəxs könüllülərdən ibarət hərbiləşdirilmiş dəstənin silah anbarını ələ keçirib.
Hücum zamanı partlayış baş verib. Könüllülər geri çəkilərkən anbarı minaladıqları ehtimal olunur.
İnsidentlə bağlı araşdırmalara başlanılıb.