Marseldə ukraynalı və polşalı azarkeşlər dalaşdı

Marseldə "Avro-2016" çərçivəsində Ukrayna-Polşa matçından öncə futbol azarkeşləri arasında toqquşma baş verib.

 

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerində olan polis qüvvələri qarşıdurmanın daha geniş vüsət almasının qarşısını alıblar.

 

Məlumata görə, toqquşma qəfil baş verib, bir neçə azarkeş saxlanılıb, daha aqressiv fanatlara qarşı su şırnaqlarından istifadə olunub.

 

Qeyd edək ki, Ukrayna-Polşa matçı polyakların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Polşa millisi "Avro-2016"-nın “pley off” mərhələsinə vəsiqəni təmin edib. Ukrayna millisi mübarizəni dayandırıb.

Müəllif | Apa.Tv
Apa.tv