Londonda terror aktı törətməyə hazırlaşan AZƏRBAYCANLI HƏBS OLUNUB

London polisi terror aktı hazırlamaqda şübhəli bilinən 4 Britaniya vətəndaşını saxlayıb.

APA-nın «Guardian» qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər arasında 28 yaşlı azərbaycanlı, bir türk, bir əlcəzairli və bir pakistanlı var. Hazırda onlar Londonun cənubunda yerləşən təcridxanada saxlanılırlar.

İki nəfər Oldgeyt rayonunda həbs olunub. Onların hər ikisi 25 yaşlı Britaniya vətəndaşıdır, biri əslən Türkiyədən, digəri Əlcəzairdəndir. Şübhəli şəxs qismində paytaxtın qərbində saxlanan 28 yaşlı şəxs isə azərbaycanlıdır. Polisin yaxaladığı dördüncüsü şübhəli əslən Pakistandandır və o, Londonun cənub-qərbində həbs olunub.

Saxlanan şəxslər Nayrobi və Mumbayi şəhərlərində ticarət mərkəzlərindəkinə bənzər terror aktları hazırlayıblar.

Xatırladaq ki, sentyabrın sonunda Keniya paytaxtında terrorçular ticarət mərkəzində 67 nəfəri, 2008-ci ildə Mumbayi şəhərində 164 nəfəri qətlə yetiriblər.

Londonda saxlanan şəxslər uzun müddət Britaniya əks-kəşfiyyat xidmətinin nəzarətində olublar.

Hazırda polis bir neçə ünvanda axtarış aparır.

Müəllif | Apa.Tv
Apa.tv