Neft yenə bahalaşdı

Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.

 

APA TV-nin məlumatına görə, birjalarda "Brent" markalı neftin bir bareli 50,93 dollardan satılıb.

 

Qərbi Texas neftinin də qiyməti bahalaşıb. Bugünkü hərraclarda WTİ nefti 50,20 dollardan satılıb.

 

Ekspertlərin fikrincə, neftin qiyməti bir müddət 50 dollar civarında qalacaq. "Bloomberg" analitikləri bildirir ki, ötən həftə ərzində ABŞ-ın neft ehtiyatları azalıb. Bunu ABŞ Neft İnstitutu təsdiqləsə, qiymətlərin qalxması baş verə bilər. Eyni zamanda Nigeriya hökuməti və terrorçular tərəflər arasında atəşkəs anlaşması imzalanmadığını bildirib. Nigeriyada baş verən terror aktları nəticəsində neft hasilatının azalması da neftin qiymətinin qalxmasına səbəb olur.

Müəllif | Apa.Tv
Apa.tv