Xorvatiya ispanları uddu, qrup lideri oldu
Avropa Çempionatında D qrupunun son oyunları keçirilib. APA TV-nin məlumatına görə, qrup liderliyi uğrunda matçda Xorvatiya və İspaniya milliləri qarşılaşıb. Matç Xorvatiyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun 8-ci dәqiqәsində İspaniya millisindən Alvaro Morata hesabı açıb. Oyunun 45-ci dәqiqәsindә Nikola Kaliniç hesabı bərabərləşdirib. Matçın ilk hissəsi bu hesabla bitib.
Xorvatiya İspaniyanın qapısından ikinci qolu 88-ci dəqiqədə keçirib. Qolun müəllifi İvan Perişim olub. Beləcə oyun xorvatların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Xorvatiya qələbə sayəsində qrup lideri olub. İspaniya isə 2-ci yerlə kifayətlənib.