Məhəmməd peyğəmbərin saqqalı oğurlandı - KURYOZ

Məhəmməd peyğəmbərin Türkiyənin Kocaeli şəhərinin Gölcük qəsəbəsində yerləşən Yalı məscidində saxlanılan saqqalı ("Sakal-ı Şerif") naməlum şəraitdə oğurlanıb. 

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Topqapı sarayında saxlanılan "Sakal-ı Şerif" Ramazan münasibətilə sərgilənmək üçün Kocaeli vilayətindəki bir camiyə aparılıb və orada yoxa çıxıb.

 

Saqqalın oğurlandığı barədə xəbəri ilk olaraq buraya ibarət etməyə gələn qadınlar məscidin imamına xəbər verib, dərhal əraziyə polis çağırılıb.

Məscidin icma rəhbərinin müavini Ahmet Öztok mətbuata açıqlamasında belə bir hadisə ilə ilk dəfə qarşılaşdıqlarını bildirib.

 

Hazırda polis hadisəni törədənləri axtarır.

 

 

Müəllif | Apa.Tv
Apa.tv