İğdırda erməni dilində "Xoş gəldiniz!" yazısı söküldü

Türkiyənin İğdır bölgəsinin Tuzluca qəsəbəsinin girişi və çıxışında erməni dilindəki “Xoş gəldiniz, gülə-gülə” yazısı sökülüb.

 

APA TV-nin xəbərinə görə, buna səbəb İğdırın Azərbaycan əsilli sakinlərinin etirazı olub.

 

Azərbaycanlıların etirazından sonra Tuzluca bələdiyyəsi şəhərin giriş və çıxışlarında erməni dilindəki yazını yanğınsöndürmə briqadalarının köməyi ilə söküb.

 

İğdırlı ictimai fəal, iş adamı Tan Demirkaya bildirib ki, bölgədə türk və kürd xalqları çoxluq təşkil edir və sülh şəraitində yaşayırlar: "Biz kürd xalqı ilə İğdırda bərabər yaşayan toplumuq. Bu yazı İğdırda yaşayan azərbaycanlıların təpkisindən dolayı söküldü. İstər sosial mediada olsun, istər yerli mətbuatda olsun, bu məsələnin üstünə çox getdik deyə söküldü".

 

Qeyd edək ki Ermənistanla həmsərhəd olan İğdırın Tuzluca qəsəbəsində bələdiyyə türk, ingilis, kürd və erməni dillərində "Xoş gəldiniz, gülə gülə" yazıları yazdırmışdı.

 

Müəllif | Apa.Tv
Apa.tv