Xaçmazda iki maşın toqquşdu: ölən və yaralanan var
Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun 33-cü km-də qeydə alınıb.
36 yaşlı Şəmkir rayon sakini Tural Qəmbərovun idarə etdiyi “Mercedes” markalı avtomaşınla 26 yaşlı Xaçmaz rayon sakini Toğrul Məhərrəmovun idarə etdiyi “Lada Priora” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü T.Məhərrəmov dünyasını dəyişib, “Mercedes”in sürücüsü isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.