Fərhad Əliyev: “Hakimiyyətdən heç bir vəzifə gözləmirəm, ÖZ PLANLARIM VAR” – ETİRAF

"Çox sevinirəm ki, həbsdən azad olunmuşam". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyevin 14 oktyabr tarixli əfv sərəncamı ilə azadlığa buraxılmış sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev deyib.

“Həbsdə olanlar azadlığın qədrini daha yaxşı bilirlər. Azadlıq çox şirin nemətdir, bu gün bu, bizə qismət olub. Allaha şükürlər olsun. Bu gün Qurban bayramıdır. Hamının Qurban bayramını təbrik edirəm. Bu gün bizim üçün ikiqat bayramdır. Həm qardaşımla mən həbsdən azad olmuşuq. Eyni zamanda 153 nəfər cənab Prezidentin sərəncamı ilə həbsdən azad edilib. Çox sevinirəm, onların da ailələrinə gözaydınlığı verirəm”.

Fərhad Əliyevin sözlərinə görə, gələcək fəaliyyətinin əsas istiqaməti də əvvəlki illərdə olduğu kimi səmərəli iş görmək olacaq. O hakimiyyətdən heç bir vəzifə gözləmədiyini bildirib.

Xatırladaq ki, bu gün azadlığa buraxılmış Fərhad Əliyev və qardaşı Rafiq Əliyev Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə Əliyevanın məzarını ziyarət ediblər.
 

Müəllif | Apa.Tv