Sərkisyan müdafiə naziri Ohanyana vaxt verdi - AZƏRBAYCANA GÖRƏ

Ermənistan Müdafiə Nazirliyindən mediaya sızan məlumatlara görə, ordunun yüksək vəzifəli şəxslərinin istefası və Silahlı Qüvvələrdəki iri rüşvət əməliyyatlarından sonra prezident Serj Sərkisyanla nazir Seyran Ohanyan arasında son dərəcə ciddi söhbət aparılıb.

 

APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, görüş zamanı prezident Seyran Ohanyanın vəzifəsində müvəqqəti qaldığını çatdırıb. Bununla belə, Serj Sarkisyan Seyran Ohanyana mövcud nöqsanları aradan qaldırmaq üçün vaxt verib.

 

Erməni dairələrində Seyran Ohanyanın yol verdiyi ciddi nöqsanlara rəğmən, vəzifəsində saxlanılması yalnız Azərbaycan faktoru ilə əlaqələndirilir. Daha dəqiqi, Sarkisyan Ermənistan ordusunun Azərbaycan qarşısında acizliyini nümayiş etdirmək istəmir.

 

Yeri gəlmişkən, Seyran Ohanyan məhdud dairələrdə söhbət zamanı istefa ərizəsi yazmağa hazırlaşmadığını, onun taleyi ilə bağlı qərarın prezident tərəfindən verilməli olduğunu bildirib.

 

 

Müəllif | Apa.Tv
Apa.tv