ABŞ kəşfiyyatı rus diplomatlarını izləyəcək - QANUN

ABŞ rus kəşfiyyatına qarşı mübarizə aparmaq üçün xüsusi komanda yaratmağa qərar verib.

 

APA TV-nin "BuzzFreed" nəşrinə istinadən məlumatına görə, Senatın kəşfiyyat üzrə Komitəsi Ağ Evə bu barədə müraciət edib.

 

Sənəddə nümunə kimi "soyuq müharibə" illərində bu işlə məşğul olan institutunun fəaliyyəti göstərilib. Qrupun tərkibinə Dövlət Departamentinin, həmçinin kəşfiyyat idarəsinin əməkdaşlarının və yüksək çinli bir neçə məmurunun cəlb edilməsinin vacibliyi qeyd olunur. Təşkil olunacaq qrup ayda bir dəfə toplanacaq, Rusiya casuslarının yaxalanması, Moskvanın sifarişi ilə törədilən qətllərin açılması, Kremlin maraqları ilə çalışan maliyyə təşkilatlarının aşkar edilməsi məsələlərini müzakirə edəcəklər.

 

Bundan əlavə, rusiyalı diplomatların hərəkət marşrutlarının izlənilməsi də sənəddə göstərilən vacib detallardan biridir. Onlar çalışdıqları ərazidən 50 mil uzağa səfər etsələr, onlardan açıqlama tələb olunacaq. Bundan öncə isə ABŞ-da çalışan rus diplomatlar ölkə ərazisində istədikləri yerə sərbəst hərəkət edə bilərdilər.


Sənədin Senatda müzakirəyə çıxarılması iyul ayına planlaşdırılıb.


Xatırladaq ki, son dəfə ABŞ-da Rusiya kəşfiyyatına qarşı bu cür ciddi qrup 1981-ci ildə prezident Ronald Reyqanın zamanında yaradılmışdı. 

Müəllif | Apa.Tv
Apa.tv