Şirvanda "Mercedes" aşdı

Şirvanda baş verən avtoqəzada sürücü xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə 11.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

 

Şirvan sakini Elçin Həmid oğlu Xudiyev idarə etdiyi "Mercedes" markalı 90 FD 970 dövlət nömrə nişanlı avtomobildə idarəetməni itirərək yoldan çıxıb. Bir neçə dəfə yuvarlanan avtomobil beton səddə çırpılıb. Sürücü döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv