“Ordumuz - qürurumuz” - Silahlı Qüvvələr Günü

Azərbaycan Hərb Tarixi Muzeyində Silahlı Qüvvələrin yaradılmasının 98 illiyi münasibətilə "Ordumuz - qürurumuz!" adlı tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə Azərbaycan dövlət himni səsləndirilib. Daha sonra Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə "Vətənimizin dayağı, xalqımızın fəxri Milli Ordumuz!" mövzusunda məruzə ilə çıxış edib. O, Silahlı Qüvvələrin müstəqil Azərbaycan dövlət quruculuğunun mühüm nailiyyətlərindən biri olduğunu vurğulayıb.

 

Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov Azərbaycan ordusunun döyüşkənliyi və qəhrəmanlığı ilə seçildiyini qeyd edərək, Azərbaycan Ordusunun tarixi haqqında məlumat verib. Daha sonra Silahlı Qüvvələr gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

 

Müdafiə Nazirliyinin, Heydər Əliyev adına ali hərbi məktəblərin, veteran şuralarının, Qarabağ müharibəsi veteranlarının iştirak etdiyi tədbirin sonunda konsert proqramı təqdim olunub. 

Müəllif | Apa.Tv
Apa.tv