Putin NATO-nu hədələdi: "Cavab verəcəyik"
"Rusiya öz müdafiə gücünü artırmalıdır və bu istiqamətdə işlər intensivləşdirilib". APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu açıqlama ilə prezident Vladimir Putin çıxış edib.
"Buna səbəb NATO-nun aqressiv dillə danışmasıdır. Onlar bizim sərhədlərimizə çox yaxınlaşıblar və təhlükəli addımlar atmağa başlayıblar. Biz müdafiə sistemimizi gücləndirməliyik", - deyə Putin əlavə edib.
Kreml rəhbəri qeyd edib ki, belə davam edərsə, Moskva qarşı tərəfə cavab verməyə məcbur olacaq.