FHN Dövlət Taxıl Fondu üçün buğda tədarükü elan edir
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edir.
APA TV-nin xəbərinə görə, Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC, “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur” firması, “Xırman” firması, “Rəşad” firması və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 21-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti bir ton üçün 250 AZN olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul edəcək. Taxıl bazarının konyunkturuna müvafiq olaraq qiymət dəyişə bilər.
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları (900 –dan 1800 –a kimi):
- “Gəncə Taxıl Elevatoru”: Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsi-20, tel: 050-660-39-03
- “Səngəçal Taxıl Elevatoru”: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı-Səlyan şossesinin 51-ci kilometrliyi, tel: 050-218-30-06
- “Abşeron Taxıl” MMC: Abşeron rayonu, Xırdalan şəhəri, Şamaxı şossesi, tel: 012-342-90-04; 050-352-50-01
- “Dəvəçi-Dəyirman” MMC: Şabran şəhəri, Nizami küçəsi-1, tel: 050-314-39-21
- “Karat-Holdinq” MMC: Xırdalan şəhəri, Şamaxı şossesi-23, tel.: 050-222-38-36
- “Karmen” MMC: Abşeron rayonu, Yeni Şamaxı şossesi-23, tel.: 050-223-18-93
- “Gəncə-Dəyirman” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, tel.: 050-265-80-75
- “N.Quliyev adına Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə. Tel. 012-566-00-44; 050-214-72-81
- “Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel: 0-50-200-11-87
- “Neon” firması: Gəncə şəhəri, Ə.Əliyev küç. 3, tel: 0-50-220-30-27
- “EL” kiçik müəssisəsi: Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 300, tel.: 012-346-08-08, 055-271-73-73
- “Pak-Nur” firması: Xaçmaz şəhəri, tel: 050-590-18-36
- “Xırman” firması: Biləcəri qəsəbəsi, tel: 077-270-97-20
- “Rəşad” firması: Bərdə şəhəri, tel: 050-215-99-00
- “Svinks” MMC: Xırdalan şəhəri, tel: 050-630-65-92.
Əlavə məlumat almaq üçün FHN-in 012-512-50-25 və 070-271-71-33 telefon nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.