Erməni mətbuatı: Prezidentlər Varşavada görüşə bilər
İyulun əvvəlində Polşa paytaxtında NATO-un növbəti sammiti keçiriləcək.
APA TV-nin məlumatına görə, erməni mətbuatı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün məhz Varşavada baş tuta biləcəyini iddia edib.
Rəsmi Moskvanın isə öz növbəsində özünün formal və real tərəfdaşları hesab etdiyi Azərbaycanla Ermənistanın sözü gedən sammitdə iştirakını əngəlləməyə cəhd göstərəcəyi istisna edilmir.
Belə olan halda, hər iki dövlətin bu zirvə toplantısına qatılıb-qatılmayacağı və ya ümumiyyətlə, dəvəti məsələsi sual altındadır.
Amma sammit çərçivəsində Dağlıq Qarabağ problemi ilə bağlı görüşün təşkil olunması yolunda müəyyən addımların atılacağı istisna olunmur.
Ermənistan mətbuatı iddia edir ki, əgər Azərbaycan və Ermənistan prezidentləri adı çəkilən sammitdə iştirak etsələr, Qərb fürsətdən istifadə edərək onların arasında növbəti görüşü təşkil edə bilər.