Ermənistan Baş Kəşfiyyat İdarəsinin rəisi işdən çıxarıldı
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Baş Kəşfiyyat İdarəsinin rəisi işdən çıxarılıb.
APA TV-nin erməni mənbələrinə istinadən xəbərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, Baş Kəşfiyyat İdarəsinin rəisi Qareqin Mxitaryan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan prezidenti Serj Sarkisyan müvafiq sərəncam imzalayıb. Digər sərəncamla bu vəzifəyə Stepan Melkonyan təyin edilib.