Dolların məzənnəsi 1,53 manatı ötdü
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının iyunun 23-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi iyunun 23-ə 1,5301 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu gün dollar 1,5270 manata bərabər olub.