Tovuzda keçirilən monitorinq insidentsiz başa çatdı

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tovuz rayonunda qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 22-də Tovuz rayonunun Ağdam kəndi yaxınlığındakı Ermənistan və Azərbaycan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib.

 

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Saymon Tiller keçirib. Ermənistan tərəfindən isə monitorinqin keçirilməsinə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Şvedberq nəzarət ediblər.

 

Monitorinqdən əvvəl nümayəndələr Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla görüşüblər. Bildirilib ki, Ermənistan silahlı qüvvələri sərhədyanı kəndlərdə tez-tez atəşkəs rejimini pozur, əkin-biçinlə məşğul olan dinc sakinləri və texnikanı hədəfə alırlar.

 

Müəllif | Apa.Tv
Apa.tv