Yasamalda silsilə oğurluq: bir binada bir neçə mənzili soydular

Paytaxtın Yasamal rayonunda silsilə oğurluq faktları qeydə alınıb. APA TV-nin xəbərinə görə, hadisə rayonun Mirəli Seyidov küçəsi, ev 15 ünvanında baş verib.

 

Eldar Əliyev bağ evində olduğundan, naməlum şəxslər evdə heç kimin olmadığını biliblər. Sözügedən binanın digər girişində yaşayan qonşular isə hadisə baş verməmişdən bir gün öncə naməlum şəxslərin onların da evindən oğurluğa cəhd etdiklərini deyiblər.

 

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə baxış keçiriblər. Zərərçəkənlərin yazılı ifadələri alınıb. Çox keçmədən zərərçəkən Eldar Əliyevin qızı da əraziyə gəlib. Onun sözlərinə görə, evdən ona məxsus qızıl-zinət əşyası ilə dolu olan 5 ədəd mücrü oğurlanıb. Zərərçəkən Eldar Əliyevlə eyni binada yaşayan xalası oğlunun da mənzilindən oğurluq olduğu məlum olub. Belə ki, naməlum şəxs və ya şəxslər mənzilə onlara məxsus qarajdan daxil olublar. Daha sonra evi qarət edib qapını arxadan bağlayaraq, elə qarajdan hadisə yerini tərk ediblər.

 

Faktları Yasamal polisi araşdırır.

Müəllif | Apa.Tv
Apa.tv