İtaliya millisindən Türkiyəni üzən məğlubiyyət

Futbol üzrə Avropa çempionatının E qrupunda son turun oyunları keçirilib. APA TV-nin məlumatına görə, qrupun üç komandası növbəti mərhələyə yüksəlməklə yanaşı, Türkiyə millisinin cüzi şansının üstündən də xətt çəkilib.

 

Belçika millisi qrup mərhələsinin son oyununda İsveç yığması ilə qarşılaşıb. Qarşılaşma belçikalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyundakı yeganə qol 84-cü dəqiqədə vurulub. Bu nəticə İsveç millisinin mübarizəni dayandırması ilə nəticələnib.

 

Belçika-İsveç oyunu Türkiyə millisinə 1/8 finala yüksəlmək ümidi versə də, paralel keçirilən İtaliya-İrlandiya oyununun nəticəsi türklər üçün üzücü olub. Əsas heyətdəki futbolçuların əksəriyyəti, o cümlədən qapıçı Canluici Buffonsuz meydana çıxan İtaliya millisi məğlub olub. Türkiyə millisini evə göndərən qol 84-cü dəqiqədə vurulub. Robbi Breydi İrlandiya millisinin qələbə qolunu vurub.

 

Beləliklə, E qrupundan İtaliya, Belçika və İrlandiya milliləri növbəti mərhələyə vəsiqə qazanıb.

Müəllif | Apa.Tv