Avropa çempionatında Türkiyəsiz 1/8 final
Futbol üzrə Avropa çempionatında qrup mərhələsi başa çatıb. APA TV-nin məlumatına görə, 1/8 final mərhələsinə yüksələn 16 ölkə millisi məlum olub. Bu millilərin arasında Türkiyə yoxdur.
İyunun 25-də start götürəcək 1/8 final mərhələsində Uels-Şimali İrlandiya, Xorvatiya-Portuqaliya, Fransa-İrlandiya, Almaniya-Slovakiya, Macarıstan-Belçika, İtaliya-İspaniya və İngiltərə-İslandiya cütlükləri qarşılaşacaq. Mərhələyə iyunun 27-də yekun vurulacaq və 8 komanda növbəti mərhələyə yüksələcək.
Qeyd edək ki, Türkiyə millisi D qrupunu üçüncü pillədə bitirib. Lakin ikinci turda türkiyəli futbolçuların İspaniya millisinə böyük hesabla məğlub olması qardaş ölkə millisinin dörd ən yaxşı qrup üçüncüləri arasına düşməsinə imkan verməyib.