ABŞ-da 2 yaşlı uşağı yeyən timsah öldürüldü

Floridada mühafizəçilər bir neçə gün əvvəl iki yaşlı uşağı yaxalayaraq yeyən nəhəng timsahı öldürüblər.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, dəhşətli hadisə Orlando parkındakı Disney hotelinin yaxınlığındakı gölün kənarında baş verib.

Alliqator azyaşlını tutaraq gölə aparıb. Atası körpəsini xilas etmək istəsə də, buna nail olmayıb. Bundan sonra əraziyə çağırılan dalğıclar suya girərək, oğlanın meyitinin qalıqlarını tapıblar.

Hotel rəhbərliyi bundan sonra gölün sahilində sədlər qoyub və orada timsahların olması barədə xəbərdaredici yazılar asıb.

Mühafizəçilər bu alliqatordan başqa, son həftədə daha altı timsahı öldürüblər.

 

Müəllif | Apa.Tv
Apa.tv