"Brexit" başladı, ingilislər funtu dollara dəyişir - KÜTLƏVİ ŞƏKİLDƏ
Böyük Britaniyada krallığın Avropa İttifaqında qalıb-qalmamasını müəyyənləşdirəcək referenduma start verilib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, seçki məntəqələri gecə saatlarına qədər açıq olacaq, ardınca isə səslər sayılacaq.
Referendumda 46,5 milyon britaniyalı iştirak edəcək. Səsvermədən öncə keçirilən sosioloji sorğunun nəticələri Avropa İttifaqında qalmaq istəyənlərin üstünlük təşkil etdiyini göstərir. Amma aradakı fərq cüzidir. Son sorğuya əsasən, krallığın ittifaqda qalmasına 51, bunun əleyhinə isə 49 faiz səs verib.
Bu arada bankların qarşısındakı qələbəlik seçki məntəqələrinin önündəkindən daha çoxdur. Vətəndaşlar "Brexit"in baş tuta biləcəyi təqdirdə, funt-sterlinqin kəskin ucuzlaşacağından ehtiyat edərək əllərindəki milli valyutanı dollara dəyişməyə başlayıblar.