Erməni deputat: "Sankt-Peterburq görüşü daha çox Rusiyaya lazım idi"

"Sankt-Peterburq görüşü daha çox Rusiyaya lazım idi". APA TV-nin erməni mənbələrinə istinadən məlumatına görə, bunu Ermənistan parlamentində "İrs" fraksiyasından təmsil olunan deputat Tevan Poqosyan bildirib.

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşünü şərh edən deputat qeyd edib ki, Kreml bununla dünyaya nümayiş etdirmək istəyir ki, Rusiya münaqişənin həllində xüsusi rol oynayır və danışıqlar prosesinin və atəşkəsin davam etdirilməsinə zəmanət verir.

Poqosyan Azərbaycanın istənilən an problemi hərbi yolla həll edə biləcəyini deyib. "Biz isə ev tapşırığımızı həll etməliyik. Bu tapşırığın həlli isə ordudakı qalmaqallara son qoyulması, iqtisadiyyatın möhkəmlənməsi və ölkədə demokratiyanın bərqərar olmasından asılıdır", - deyə erməni deputat vurğulayıb.


 

Müəllif | Apa.Tv
Apa.tv