ABŞ-da insanlar üzərində genetik eksperimentlər aparılmasına icazə verildi

ABŞ-da insanlar üzərində genetik eksperimentlər aparılmasına icazə verilib.


APA TV-nin “Science” jurnalına istinadən xəbərinə görə, ABŞ-ın Səhiyyə Departamenti yanında Rekombinant DNT üzrə Məşvərət Məclisi Pensilvaniya Universiteti alimlərinin təklifini qəbul edib.

 

Alimlər xərçənglə effektiv mübarizə aparmağa yardım edən immun toxumalarını mükəmməlləşdirməyə hazırlaşırlar. 2 il ərzində aparılacaq eksperimentlərdə 18 könüllü iştirak edəcək. Genetik təcrübələr 3 elmi mərkəzdə - Pensilvaniya, Hyuston və San- Fransiskoda yerləşən Kaliforniya Universitetində aparılacaq.

Müəllif | Apa.Tv
Apa.tv