Prezidentin mətbuat xidmətinin rəhbəri "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi
Azərbaycan prezidenti İlham Əliyev Azər Qasımovun III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, A. Qasımov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif edilib.
Qeyd edək ki, A. Qasımov Azərbaycan prezidentinin mətbuat xidmətinin rəhbəridir.