Aydın Əliyev Gədəbəydə vətəndaşları qəbul etdi

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında vətəndaşları qəbul edib.

 

APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, qəbulda Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

 

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

 

Qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.

Müəllif | Apa.Tv
Apa.tv