Rusiya millisi “Bakcell Arena”da İLK MƏŞQƏ ÇIXDI
Futbol üzrə Rusiya milli komandası “Bakcell Arena”da açıq məşqə çıxıb.
Məşqin ilk 20 dəqiqəsi jurnalistlər üçün açıq olub. Baş məşqçi Fabio Kapellonun rəhbərliyi altında hazırlıq prosesinə 24 futbolçu qatılıb. Onların arasında əslən azərbaycanlı Aleksandr Səmədov da olub. 3 qapıçı əsas heyətdən ayrı çalışıb. Məşqi azərbaycanlı jurnalistlərlə yanaşı, 10-dan çox Rusiya media nümayəndəsi izləyib. İsinmə hərəkətlərinin ardından jurnalistlər stadiondan çıxarılıblar.
Qeyd edək ki, oktyabrın 15-də “Bakcell Arena”da keçiriləcək Azərbaycan – Rusiya matçı saat 22.00-da başlanacaq.