Sərhədçilərimiz dənizdə narkotik aşkarladı
Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX mətbuat mərkəzindən APA TV-yə verilən məlumata görə, iyunun 20-də qabaqlayıcı əməliyyat məlumatı əsasında Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sahildən 11 mil məsafədə Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsi Cənub şöbəsinin sərhəd gözətçi kateri ilə buylara baxış zamanı 2 bağlamada 476 qram həşişə və 112 qram kakosa oxşar narkotik maddələr aşkarlanaraq götürülüb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.