İki universitetə yeni rektor təyin olundu

Azərbaycan prezidenti İlham Əliyev yeni rektor təyinatları barədə sərəncam imzalayıb.

 

APA TV-nin məlumatına görə, sərəncama əsasən, Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Nurlana Əliyeva Bakı Slavyan Universitetinin rektoru təyin edilib.

 

Qeyd edək ki, Cəfər Cəfərov bundan əvvəl Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsində işləyib, Nurlana Əliyeva isə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olub.

 

Hər iki rektor bu gün təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə kollektivə təqdim edilib.

Müəllif | Apa.Tv
Apa.tv