Almaniyada kinoteatra silahlı basqın: 50 yaralı var

Almaniyanın Firnhaym şəhərində kinoteatra daxil olan silahlı şəxs xaotik atəş açıb. APA TV-nin məlumatına görə, insident zamanı 50-dək insan zərər çəkib. Ərazidə xüsusi əməliyyat keçirən polis əməkdaşları silahlı şəxsi zərərsizləşdirməyə müvəffəq olublar. Barrikada qurmuş terrorçu açılan atəş nəticəsində öldürülüb. Alman mətbuatı terror aktını həyata keçirən şəxsin əqli çatışmazlığı olduğunu ehtimal edir.

 

Müəllif | Apa.Tv
Apa.tv