Avro kəskin ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.

 

APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,5332 manat olaraq müəyyənləşdirib.

 

Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında kəskin ucuzlaşıb. Avronun rəsmi məzənnəsi 1,6787 manat olaraq açıqlanıb.

 

Rusiya rublunun məzənnəsi də azalıb. Hazırda 1000 Rusiya rublu 23 manatdır.

 

Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Apa.tv