Türkiyədə növbəti terror: 1 ölü, 12 yaralı
Türkiyənin Mardin əyalətində polis məntəqəsi yaxınlığında avtomobil partladılıb. APA TV-nin məlumatına görə, partlayış PKK terror təşkilatı tərəfindən törədilib.
Polis məntəqəsi yaxınlığında avtomobilin partladılması nəticəsində avtobus sürücüsü ölüb, 12 nəfər yaralanıb. Xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb.
Bundan əvvəl Türkiyə aviasiyası PKK-nın ölkənin cənub-şərqindəki mövqelərinə zərbələr endirib, nəticədə 10-dək terrorçu məhv edilib.