Ucarda sərxoş sürücü avtomobili ağaca çırpdı: 2 ölü, 2 yaralı
Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA TV-nin yerli bürosuna verilən xəbərə görə, hadisə rayonun Türkəci kəndində qeydə alınıb.
34 BA 013 dövlət nömrə nişanlı, "VAZ-2107" markalı minik maşını idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində rayonun Bərşad kənd sakinləri, 59 yaşlı Soltanəli Ağəli oğlu İbrahimov, 58 yaşlı Zakir Bəşir oğlu Bəşirov hadisə yerində ölüb. 51 yaşlı Fəxrəddin Fəzail oğlu Abbasov və 55 yaşlı Şakir Bəşir oğlu Bəşirov isə xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisəyə səbəb sürücünün içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi olub.
Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.