Neft sürətlə ucuzlaşmağa başladı - "BREXİT"Ə GÖRƏ

Neft sürətlə ucuzlaşmağa başlayıb.

 

APA TV-nin məlumatına görə, London birjasında səhər seanslarında "Brent" markasının bir barelinin qiyməti 6,52 faiz enişlə 47,58 dollara düşüb. Dünən isə bu marka 50,19 dollardan satılırdı.

Qərbi Texas nefti də dəyər itirib. Bir gün öncə 49,41 dollara satılan WTI nefti bir barelə görə 6,69 faiz enişlə 46,75 dollara təklif olunur.

Ekspertlər ucuzlaşmanı Böyük Britaniyada keçirilən referendumun nəticələri ilə əlaqələndirir.

 

Müəllif | Apa.Tv
Apa.tv