Funt-sterlinq bir gündə tarixi minimuma endi - REFERENDUMUN İLK ZƏRBƏSİ

İngiltərə vətəndaşlarının ölkənin Avropa İttifaqından çıxmasına səs verməsi ölkənin daxilində parçalanmaya səbəb olacaq.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, belə bir iddianı ölkədə nəşr olunan aparıcı qəzetlər ortaya qoyub.

Şimali İrlandiya isə ölkənin ittifaqı tərk edəcəyi təqdirdə İrlandiya ilə birləşmək uğrunda mübarizə aparılacağını bildirib ki, referendumun nəticələri bu mübarizənin labüd olacağını göstərir. İngiltərənin Müstəqillik partiyasının lideri Naycel Fərəc isə bu tarixi ölkənin müstəqillik günü kimi dəyərləndirib: "Biz tək özümüz üçün deyil, bütün Avropa üçün birləşdik. Mən bu qələbənin Avropa İttifaqı kimi uğursuz bir layihəni tamamilə məhv edəcəyinə və bizi həqiqətən də müstəqil dövlətlərin olduğu Avropaya doğru yaxınlaşdıracağına əminəm. Təklif edirəm ki, 23 iyul tarixi ölkənin müstəqillik günü kimi qeyd edilsin".

Hazırda maliyyə bazarlarında çaxnaşma yaşanır. İngiltərənin milli valyutası olan funt-sterlinq özünün 1985-ci ildəki tarixi minimumuna enib. 1 ingilis funtu hazırda 1 dollar 35 sentə dəyişdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv