Devid Kemeron istefa verdi
Böyük Britaniya baş naziri Devid Kemeron istefa verib. APA-nın məlumatına görə, baş anzir bunu canlı yayında xalqa müraciəti zamanı deyib.
O bildirib ki, Avropa İttifaqından çıxmaq prosesini yeni baş nazir idarə etməlidir.
Kemeron eyni zamanda rəhbərlik etdiyi Mühafizəkarlar Partiyasında lider dəyişikliyinin önəmini qeyd edib. İstefa qərarına rəğmən, Kemeron növbəti 3 ayda baş nazir vəzifəsini icra edəcək.
Qeyd edək ki, Böyük Britaniyada keçirilən referendumda əksəriyyət ölkənin Avropa İttifaqından ayrılmasına səs verib.