Britaniyadan sonra Fransa müxalifəti də hərəkətə keçdi - "FREXİT" ÇAĞIRIŞLARI

İngiltərədən sonra Fransa da Avropa İttifaqını tərk edə bilər.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə "Xalq Cəbhəsi" partiyasının lideri Mari Le Pen Fransada da ölkənin Avropa İttifaqından çıxmasına dair referendum keçirilməsi tələbi ilə çıxış edib.

 

"Azadlıq qalibdir! Mənim uzun illər ərzində də söylədiyim kimi, Fransa da daxil olmaqla, digər dövlətlər də ittifaqı tərk etməlidir" - deyə o qeyd edib.

 

Mari Le Pen Fransanın ittifaqı tərk etmək üçün İngiltərədən daha çox səbəbləri olduğunu da vurğulayıb.

 

Mari Le Pen sıradan bir adam deyil. O, daha öncə Fransada növbəti il keçiriləcək prezident seçkilərində namizəd olacağını açıqlayıb.

 

Partiya lideri eyni zamanda Avropa İttifaqı elitalarının xalqları, ümumiyyətlə, məhv etmək, bunun əvəzində isə ölkələri öz büdcələrini idarə etmək hüququndan məhrum edəcək unifikasiyalı struktur formalaşdırmaq niyyətində olduğunu deyib. 

Müəllif | Apa.Tv
Apa.tv